Jirnovski yenə də sarsaqladı

jirnovski-yene-de-sarsaqladi
Oxunma sayı: 1115

Qalmaqallı çıxışları ilə gündəmdən düşməyən Rusiyalı deputat və prezidentliyə namizəd Vladimir Jirinovski növbəti şok bəyanatını açıqlayıb. Liberal Demokrat Partiyasının lideri Rusiyanın dövlət formasını parlament respublikasına dəyişdirməyi təklif edib.

"İzvestiya" qəzetində köşə yazarı kimi məqaləsi dərc olunan Jirnovski bununla kifayətlənməyərək prezidentin bundan sonra “çar” və ya “hökmdar” olaraq adlanması təklifini irəli sürüb.

“Prezident sözünün rus dilinə yad söz olduğu o dəqiqə nəzərə çarpır.Axı bizə niyə hörmət etmirlər. Axı ölkədəki ən ali vəzifəni biz nədən xarici dildə adlandırmalıyıq. Gəlin ölkə başçısını mahiyyətinə uyğun – Rus çarı adlandıraq”, - deyə Vladimir Jirinovski bildirib.