Joze Maurinio stadionda sürüşdü - Video

joze-maurinio-stadionda-surusdu-video
Oxunma sayı: 820

Sentyabrın 18-də start götürən Çempionlar Liqasının qrup mərhələsi oyunlarında doğma “Santiaqo Bernabeu”da “Mançester Siti”ni məğlub etməklə qazandığı ilk qələbəni “Real Madrid”in baş məşqçisi Joze Maurinio qəribə sevinc hissi ilə qeyd edib. Komandanın ulduzu Ronaldo 90-cı dəqiqədə qələbə topunu rəqib qapısından keçirəndən sonra Maurinio sanki özü qol vurubmuş kimi skamyasından qalxıb qaçaraq, dizləri üstə meydana doğru sürüşüb. Eyni jesti Ronaldo da meydanda edib.

Xatırladaq ki, olduqca gərgin keçən “Real Madrid”-“Mançester Siti” qarşılaşması 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.