Jurnalistlər üçün yeni müsabiqə

jurnalistler-ucun-yeni-musabiqe
Oxunma sayı: 674

Jurnalistlərin peşəkarlığını artırmaq təşəbbüslərindən biri olaraq, AƏF Azərbaycanın iqtisadi, sosial və ictimai məsələlərinin ictimaiyyətə daha qərəzsiz çatdırılmasında peşəkar jurnalist yaradıcılığını təşviq etmək məqsədilə keçirilən “Ən Yaxşı Analitik Məqalə” müsabiqəsinin qaliblərini müəyyənləşdirdi:

1. Günay Musayeva
2. Günel Əbilova
3. Fərəh Sabirqızı

“Qafqazinfo”nun məlumatına görə, yenidən Avrasiya Əməkdaşlıq Fondu Avropa proqramı çərçivəsində jurnalistlər üçün Avropaya inteqrasiya mövzusunda ən yaradıcı və ən maraqlı məqalə üçün müsabiqə elan edir.

AƏF-in Avropa Proqramının əsas istiqamətlərindən biri olaraq, bu müsabiqənin məqsədi, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələlərdə ictimai məlumatlılığı artırmaq, Avropa standartlarının və dəyərlərinin düzgün başa düşülməsini təşviq etmək və Avropa inteqrasiya prosesində vətəndaş cəmiyyətinin mövqeyinin əks olunmasına imkan yaratmaqdır.

Aşağıdakı mövzulara jurnalistlər müraciət edə bilər.

1. Avropaya inteqrasiya ilə bağlı məsələlərdə ictimaiyyəti məlumatlandırmaqda medianın rolu
2. Avropa Birliyi-Azərbaycan münasibətlərinin Azərbaycanda bazar iqtisadiyyatına təsiri
3. Şərq Tərəfdaşlığı Təşəbbüsünün vətəndaş cəmiyyətinin inkişafına və davamlı fəaliyyətinə təsiri
4. Avropaya inteqrasiya prosesində Demokratiya/İqtisadi inteqrasiya/Enerji təhlükəsizliyi/İnsanlar arasında əlaqələr və viza məsələlərinin həlli

Hər bir yazı qiymətləndirilərkən aşağıdakılar nəzərə alınacaq:

1.Yazının üslübü
2.Faktiki məlumatlardan istifadə
3.Ekspert rəylərindən istifadə
4.Məsələ ilə bağlı analitik olaraq mövcud vəziyyətin təhlili

Qalibləri isə bu hədiyyələr gözləyir:

1. Apple İPAD
2. Netbook
3. Digital Camera

Yazılarını martın 20-nə qədər [email protected] ünvanına göndərə bilərsiniz. Qaliblər elan olunana qədər yazılar heç bir qəzet, jurnal və saytda yayımlanmamalıdır.