Jurnalistlərdən Naxçıvanı tərk etmək tələb olundu

jurnalistlerden-naxcivani-terk-etmek-teleb-olundu
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, onlar çox israr etsələr də, ombudsman bununla razılaşmayıb. Bundan sonra jurnalistlər MR-dakı parkların birində çay içmək istəyiblər. Bu zaman MR-nın Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polis polkovnik leytenantı onlara yaxınlaşaraq dərhal Naxçıvanı tərk etmək göstərişi verib. O bildirib ki, ombudsman jurnalistlər və hüquq mdafiəçilərindən şikayət edib, onların nalayiq hərəkətlərə yol verdiyini bildirib. Polis nümayəndə heyətindən nalayiq hərəkətləri davam etdirməmək üçün MR-dan çıxmalarını tələb edib.

Jurnalistlər onlaın axşam reysınə biletlərinin olduğunu və həmin təyyarə reysi ilə Bakıya qayıdacaqlarını dedikdə, DİN nümayəndəsi onlardan aeroporta getməyi istəyib. Polis jurnalistlərlə hədə tonunda danışıb.

Hazırda jurnalistlər Şərura getməyi planlaşdırırlar.