Jurnalistlərin binasının tikintisi təxirə salındı

jurnalistlerin-binasinin-tikintisi-texire-salindi
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə bu barədə KİVDF-nin rəhbəri Vüqar Səfərli məlumat verib. O bildirib ki, artıq binanın bünövrəsi qazılıb və tikintiyə başlamaq üçün tam hazırdır. Sadəcə o bəzi texniki məsələlərin, xüsusilə də sənədləşmə işinin tam həll olunmadığını qeyd edib. Bu səbəbdən də V. Səfərli təməlqoyma mərasiminin avqust ayına planlaşdırıldığını vurğulayıb.

V. Səfərli onu da bildirib ki, tikiləcək bina 2 bloklu, 18 mərtəbəli, 154 mənzilli olacaq. Binanın 2 mərtəbəli qarajı olacaq. Birinci mərtəbə isə qeyri yaşayış sahəsi kimi nəzərdə tutulub və bu mərtəbədə Mətbuat Klubunun fəaliyyəti də planlaşdırılıb.

Qeyd edək ki, İyulun 22-də Milli Mətbuat Günündə binanın təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulmuşdu.

Nigar Məmmədli