KAMAZ oğrusu tutuldu - Kriminal xəbərlər

kamaz-ogrusu-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 762

İyunun 16-na keçən gecə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov Ələt qəsəbəsi K.Məmmədov küçəsindən Şamil Hüseynova məxsus «Kamaz» markalı yük maşınını qaçırmış, iyunun 7-də Bakı – Astara yolunun 40-cı km-də Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. C.İsmayılovun üzərinə baxış keçirilərkən ondan 0,538 qram heroin aşkar olunaraq götürülmüşdür.

İyunun 16-sı saat 06.30 radələrində R.Behbudov küçəsində Elməddin Məcidovun idarə etdiyi «Mersedes» markalı avtomobillə Fuad Əliyevin idarə etdiyi «VAZ-2106» markalı avtomobil toqquşmuşdur. Nəticədə F.Əliyev KTM-də ölmüş, E.Məcidov və «VAZ-2106»nın sərnişinləri Ramil Əliyev və Nicat Əliyev xəstəxanaya yerləşdirilmişlər.

Xəzər RPİ 2-ci PB və Zaqatala RPŞ-nin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elşən Aslanov tutulmuşdur.

Bakı şəhər BPİ, Mətbuat xidməti