“KamAZ” qadının üstündən keçdi

kamaz-qadinin-ustunden-kecdi
Oxunma sayı: 696

Rayon polis şöbəsindən Gün.Az-ın Aran bürosuna verilən məlumata görə, qəza Salyanın Dayıkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Məzahim Rəhimov idarə etdiyi “KamAZ-5511” markalı yük maşını ilə Mədinə Əliyevanın üstündən keçib. Nəticədə zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.