Karla Bruni haqda yeni iddialar - Fotolar

karla-bruni-haqda-yeni-iddialar-fotolar
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, nəşr Karla Bruninin AİDS-lə mübarizə təşkilatı olan “Global Fund”dan qarşılıqsız olaraq 3.5 milyon dollar alması ilə bağlı yazı dərc edib. Jurnal Karlanın həmin pulu yaxın dostu Julien Civangenin şirkətlərindən birinə köçürdüyü qeyd edilib.

Xəbərdə, həmçinin yazar Frederic Martelin AİDS-lə mübarizədə BMT-nin xoşniyyətli elçisi olaraq tanınan Bruninin buradan əldə etdiyi prestji öz yaxın çevrəsinin xeyrinə istifadə etdiyini bildirib.

“Global Fund” iddiaları təhlükəli və aldadıcı adlandıraraq iddiaları rədd edib.

2008-ci ildə Şimali Afrikaya həyat yoldaşı Sarkozi ilə bərabər səfər edən Karla Bruni və fotoları dərc olunan dostu Julien Civagen haqqında yayılan iddialar Fransada gündəmin ən çox müzakirə olunan mövzusudur.

Səidə