Karla Bruni ilə bağlı maraqlı fakt

karla-bruni-ile-bagli-maraqli-fakt
Oxunma sayı: 664

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Yelisey sarayını tərk edən 44 yaşlı modelin ölkənin yeni xarici işlər naziri Laurent Fabiusla əlaqələrinin olduğu məlum olub.
Karlanın 2008-də Sarkozi ilə evləndiyi vaxtlarda cütlüyün həyat hekayəsini qələmə alan Valerie Benaimin kitabında 1984-1986-cı illərdə Fabiusla əlaqələrinin olduğunu yazmışdı.

Yeni baş nazir isə 4 il əvvəl verdiyi müsahibələrinin birində bu məsələyə münasibət bildirmişdi: “Fransız mediası bu əlaqələri bilirdi, amma heç kim bunu işıqlandırmadı. Nə Fabius, nə də Bruni qısamüddətli əlaqələrini təsdiqləmədilər. Amma bu dəqiqdir ki, Karla siyasətçiləri sevir. Çünki keçmiş nazir Luk Ferriylə də birlikdə olmuşdi”.

Həm Karlanı, həm də Fabiusu yaxından tanıyan Sosialist Partiyasından olan bir qaynaq onların qısa, lakin çox ehtiraslı əlaqələrinin olduğunu bildirib.