“Kazan görüşünün uğursuzluğuna dair sənəd hazırlanacaq” - Müsahibə

kazan-gorusunun-ugursuzluguna-dair-sened-hazirlanacaq-musahibe-
Oxunma sayı: 643






-İctimai Palatanın sonuncu sessiyasında hansı təkliflər irəli sürülüb?
- İctimai Paltanın sessiyasında ictimai-siyasi vəziyət, yeni üzvlərin qəbulu kimi bir çox məsələlər müzakirə olundu. Pənah Hüseynin təklifi ilə Qarabağ məsləsi ayrılıqda gündəliyə salındı və o özü çıxış elədi. Bir də ictimai-siyasi vəziyyətin tərkibində kütləvi aksiyalar məsələsi müzakirə edildi. Bu barədə Koordinasiya Şurasının öz mövqeyi var idi, kütləvi askiyaların davam etdirilməsi barədə. Bu qərar əvvəldən də var idi və yenidən qüvvədə qaldı. Ancaq aksiyaların dəqiq vaxtı müəyyənləşdirilmədi.

- Deməli, yenidən aksiya gözlənilir?
- Bəli, aksiyalar olacaq. Konkret vaxtın müəyyənləşdirilməsi keçən dəfəki kimi Koordinasiya Şurasına həvalə olunub. Nə vaxt Koordinasiya Şurası hesab etsə ki, hazırlıq başa çatıb, artıq mitinqə çıxmağın vaxtdıır, onda da mitinqin vaxtı müəyyənləşəcək.
Bundan başqa sessiyada Pənah Hüseyn Qarabağ məsləsi ilə bağlı çıxış elədi, Kazan görüşünə münasibət bildirdi. Kazan görüşünün Azərbaycan hakimiyyətinin Qarabağ siyasətinin Kazanda yenidən iflasa uğradığını dedi. Bununla bağlı müzakirələr oldu. Koordinasiya Şurası bu barədə sənəd hazırlayıb, ictimaiyyətə təqdim edəcək

- Pənah Hüseynin istefası ilə bağlı nə deyə bilərsiz?
- Pənah Hüseyn Koordinasiya Şurası ilə bağlı bəzi təkliflər irəli sürdü. O, qeyd etdi ki, Koordinasiya Şurasının tərkibi genişləndirilsin. O, Koordinasiya Şurasının üzvlərinin rotasiya qaydasında seçilməsini təklif etdi. Onun bu təklifi əvvəldən də var idi və yenidən irəli sürdü. Dedi ki, buna diqqəti cəlb etmək üçün, Koordinasiya Şurasının tərkibinin yenidən seçilməsi üçün mən Koordinasiya Şurasının üzvlüyündən istefa verirəm. Amma, onun istefa verməsinə baxmayaraq bu məsələ İP-nın sesiyasında səsə qoyulmadı. Koordinasiya Şurasının hər bir üzvünün seçilməsi, təsdqi olunması İP-nın sesiyasında müzakirə olunur. Bu baxımdan Pənha bəy istefa versə də prosedur qaydalarına görə o hələ də Koordinasiya Şurasının üzvüdür, çünki İP bununla bağlı heç bir qərar qəbul etməyib.

- Amma, Pənah bəyin Koordinasiya Şurasını genişləndirməklə bağlı təklifi də qəbul olunmadı...
- Əslində o məsələ gündəlikdə yox idi. Pənah bəy özü Koordinasiya Şurasının üzvüdür və gündəliyə salmaq üçün ancaq Qarabağ məsələsini təklif etmişdi, o da müzakirə olundu və Pənah bəy məruzəçi kimi çıxış elədi. Amma onun digər təklifi gündəlikdə yox idi. Pənah bəy bunu ictimai-siyasi məsələlərlə bağlı çıxış edərkən dedi. Ona görə də, demək olmaz ki, onun təklifi qəbul olunmayıb, bunu sadəcə çıxışında qeyd etdi. Bu məsələ də gündəlikdə olmadığından səsə qoyulmadı. O, istefasını da çıxışının sonunda elədi.

- Xalq parlamentinin yaradılmasına münasibətiniz necədir?
- Mən hesab edirəm ki, hazırda müxalifətin İctimai Palata formatında birliyi daha məqsədəuyğundur. Bu, daha uğurlu variantdır. Hər halda müxalifətin daha geniş spektrinin bir arada olmasının tərəfdarıyam və bunun üçün İP-nı ən uğurlu variant hesab edirəm. İP-dan kənarda başqa müxalifət birliyini təsəvvür edə bilmirəm.

Fatimə Kərimli