Kazana Qarabağ atında daxil ola bilsək...

<b>Kazana Qarabağ atında daxil ola bilsək...</b>
Oxunma sayı: 135


Kazan görüşünün de gəlsin mərhələsi başlayıb. Hərə ağzına gələni danışır. Əslində ağzına gələni danışmaqla, ağlına gələni danışmağın elə də bir fərqi yoxdur. Çünki Kazan görüşünün təşəbbüskarı Dmitri Medvedevin ağlından keçənləri heç kim bilmir.

Amma Adamın üstə allah var bu mənada Vəfa Quluzadənin ritorik sualları daha çox düşündürür: "Medvedev ermənilərə "Azərbaycan torpaqlarından çıxın" deyə biləcəkmi? Yaxud da ermənilər Medvedevin sözlərinə məhəl qoyacaqmı?

Hakim elitanın nümayəndələrinin eyni mərkəzin təlimatı əsasında dediklərini eşidəndə adam fikirləşir ki, doğurdanmı məsələdə bizim xeyrimizə bu qədər irəliləyiş var?
Məsələn Əli Əhmədov hesab edir ki, Ermənistan özünün qeyri-konustruktiv mövqeyindən əl çəkərək və Azərbaycan torpaqlarının işğaldan azad etməsi ilə bağlı xeyli müddətdir tələb olunan addımı atmaq məcburiyyətində qalacaq.

Novruz Məmmədov da ermənilərin qeyri-konstruktivliyinə son qoyulacağını proqnozlaşdırır: Biz inanırıq ki, Ermənistan Kazan görüşünə ciddi önəm verəcək. Ümid edirik ki, qarşı tərəf bu görüşdə qeyri-konstruktivliyi, kənara qoyacaq”.

Rasim Musabəyov isə bir az da qabağa gedir: “Kazanda Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sülh sazişi üzərində işin başlanması elan edilməlidir”

Bu inama həm həsəd aparmaq, həm də qoşulmaq istəyirəm.

Mübariz Əhmədoğlu isə məsələdə əmma olduğunu bilir deyəsən. Amma o hərbi hədəni önə çəkir: "İyunun 25-də Kazan şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüş zamanı münaqişənin ya sülh yolu ilə həlli ilə bağlı sənəd imzalanacaq, ya da müharibənin başlamasına dair mövqe ortaya qoyulacaq".

Bu sitatları oxuyub fikirləşdim ki, doğurdanmı bu əzablara son qoyulacaq. Bu deyilənlər doğrudursa demək Kazan bizim tariximizə yazılacaq. Hər-halda Kazan bir türk məmləkətinin baş kəndidir. Belə olsa yaxşı olardı. Amma Kazanda nə ilə gedirik. Kazan qalasını fəth etmək üçün “Troya atı”mız varmı?

At demişkən.

Kazanda 25 iyunda atçılıq idmanı üzrə yarış keçiriləcək. Yəqin ki, Azərbaycan da bu yarışda təmsil olunacaq. Bəlkə də Qarabağ atı ilə. Hər halda mən istərdim ki, Azərbaycan bu yarışda Qarabağ atı ilə təmsil olunsun.

Təsəvvür edirsiz. Dünyanın nəzərləri dikilmiş Kazan. Bu şəhərdə Rusiya prezidentinin mükafatı uğrunda keçirilən yarış. Elan edirlər: Qarabağ atı ilə Azərbaycan idmançısı yarışacaq.

Yaxşı səslənərdi. Və bütün dünyaya bir daha bəyan olardı ki, bu məkanın adını daşıyan at da Azərbaycana məxsusdur, elə bu torpaqlar kimi. Hələ o idmançı qalib olsa bu lap yerinə düşərdi.

Ümid edirəm ki, belə bir addım atılacaq. Azərbaycan Kazanda Qarabağ atı ilə daxil olacaq. Və o at cıdır yarışını udacaq. Vəssalam.

Daha nə lazımdı ki?

Dünya görəcək ki, biz Kazanda Qarabağ atı ilə qalib gəldik. Deməli Qarabağ da, Qarabağ atı da bizimdi. Vəssalam.

Bir də soruşuram.

Bizə daha nə lazımdı, bizə..?


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi