Kazanda nəsə bişir

<b>Kazanda nəsə bişir</b>
Oxunma sayı: 152

“Qafqazinfo”nun məlumatına görə, görüşdə həmçinin iyunun 25-də Kazan şəhərində keçiriləcək üç ölkə prezidentlərinin görüşü və bu görüşdən gözlənilən nəticələr barədə fikir mübadiləsi aparılıb.

Zərdüşt Əlizadə siyasi sənədin əsas tezisləri haqqında danışaraq, indiki dövrdə hərbi əməliyyatların başlanma ehtimalının çox az olduğunu və bunun heç bir tərəfə lazım olmadığını bildirib. O, münaqişə ilə bağlı fövqəldövlətlərin maraqlarının heç də üst üstə düşmədiyini bəyan edib: “17 il davam edən atəşkəs rejimi, status-kvo vəziyyəti artıq müasir dövrdə dünyada və Cənubi Qafqazda yaranmış qüvvələr nisbətinə uyğun gəlmir”. Məruzədə tərəflərin hərbi potensialının müqayisəsi aparılıb, vasitəçi dövlətlərin və beynəlxalq təşkilatların mümkün olan müharibəyə münasibəti açıqlanıb. Məruzə qızğın diskussiyalara səbəb olub, politoloqlar Rasim Musabəyov, Eldar Namazov, Elxan Şahinoğlu, Fərda Əsədov, Ülvi İsmayıl məsələyə öz münasibətlərini bildirib təkliflərini veriblər.

Politoloqlar prezidentlərin Kazan görüşü ilə əlaqədar fikir mübadiləsi apararaq qeyd ediblər ki, ümumi ifadələri əks etdirən hansısa sənədin imzalanması mümkündür və bunu görüşə ciddi hazırlıqla izah etmək olar. Buna baxmayaraq, önəmli olan böyük dövlətlərin Ermənistana təzyiq etmələridir ki, İrəvan masa üzərindəki sülh sazişini qəbul etsin. Bu istiqamətdə isə ciddi irəliləyişin olduğunu söyləmək çətindir. Bütün hallarda tərəflər münaqişənin həllini ehtiva edən “yol xəritəsi”ni qəbul edərlərsə bu gələcək sülh sazişinə doğru ilk addımlardan biri olacaq.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi