Keçəlləşmənin qarşısını alan formul tapılır

kecellesmenin-qarsisini-alan-formul-tapilir
Oxunma sayı: 664

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, kişilərin keçəlləşməyə başladığı sırada hansı genlərin araya girdiyini analiz edən elm adamları “Prostaglandin D2” adlı proteinin istifadə qaydalarını müəyyən edib. Bu proteinin saçın tökülməsindən sonra işlədilməsi fikri də irəli sürülüb. Həmin maddə saçın tökülən hissəsində saç köklərini hüceyrələrinin inkişafını təmin edir.

Alimlər 5 il içərisində keçəlləşməyə qarşı tam çarə tapacaqlarını açıqlayıblar. Saçların tökülməsində genetik faktorlarla yanaşı, kişilik hormonları olan Testosteronun da keçəllikdə mühüm rol oynadığı qeyd edilir.