Keçmiş əri Nuranı məhkəməyə verdi

kecmis-eri-nurani-mehkemeye-verdi
Oxunma sayı: 703

ANS PRESS-in məlumatına görə, ötən həftə mətbuat vasitəsilə şərəf və ləyaqətinin müdafiəsinə qalxan Əlirza Suri eyni mövzu ilə Aynurə Qəzənfər qızı Kazımovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

İran vətəndaşı Əlirza Surinin Azərbaycandakı nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü, 14 saylı Hüquq Məsləhətxanasının vəkili Telman Qasımov ANS PRESS-ə açıqlamasında aldığımız məlumatı təsdiqlədi. T.Qasımov müştərisi Əlirza Surinin Aynurə Kazımovaya qarşı şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia ərizəsi üzrə mülki işin məhkəmə hazırlığı iclası keçiriləcəyini bildirdi.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Tərlan Əkbərovun icraatındadır. Sözügedən iddia ərizəsi üzrə mülki işin məhkəmə hazırlıq iclası 20 sentyabr, saat 15:00-a təyin olunub.