Keçmiş futbolçu yenə də Saakaşvilini “vurdu”

kecmis-futbolcu-yene-de-saakasvilini-vurdu
Oxunma sayı: 633

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd, keçmiş futbolçu Kaxa Kaladze bildirib.

Kaladzenin sözlərinə görə, gürcü xalqı düşünürdü ki, artıq hər şey bitib və Saakaşvili daha 10-15 il hakimiyyətdə qalacaq: “Saakaşvilinin baş nazir təyin edilməsi üçün hakimiyyət konstitusiyanı dəyişdi. Yəni o da Vladimir Putinin getdiyi yolu təkrarlamaq istədi. Lakin bu, alınmadı”.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn “Gürcü xəyalı” koalisiyasının lideri Bidzina İvanişvili Kaxa Kaladzeni baş nazirin, yəni özünün müavini təyin etmək istəyir.

Kaxa Kaladze buna qədər Gürcüstanda özəl banka rəhbərlik edib və müxalifətdə olan “Gürcü arzusu” koalisiyasına maddi və mənəvi dəstək verib.

Aynur