Keçmiş həbsxana rəisi həbs edildi

kecmis-hebsxana-reisi-hebs-edildi
Oxunma sayı: 781

Bu barədə “Qafqazinfo”ya “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov F. Güləliyev barədə ötən ilin noyabrın 4-də Salyan polisində həbsxananın yerləşdiyi Yenikənd kənd sakini Xalidə Zeynalovanın şikayəti əsasında dələduzluq yolu ilə 6 min manatı mənimsəmə ittihamı ilə cinayət işi qaldırılmışdı: “Amma elə o vaxtdan da keçmiş rəis istintaqdan yayınırdı. Bu gün isə Salyan polisləri onu Mərdəkanda gizləndiyi evdə tutaraq rayona gətiriblər. Əslində, Faiq Güləliyev rəis işlədiyi dövrdə ayrı-ayrı vətəndaşın aldatma yolu ilə 200 min manata yaxın pulunu mənimsəyib. Faiq Güləliyevin qurbanları siyahısında məhbuslar, həbsxana işçiləri və yerli sakinlər var”.