Keçmiş prezidentin arvadı qəzaya düşdü

kecmis-prezidentin-arvadi-qezaya-dusdu
Oxunma sayı: 646

İyulun 3-də axşam radələrində Korrez regionunda Şirak ailəsinə məxsus Biti qəsrini tərk edən keçmiş birinci xanım daha çox istədiyi məşhur Şanel şirkətinin təşkil etdiyi ziyafətə özünü tez çatdırmaq istəyən B.Şirak sürücüsünə sürəti artırmağı əmr edib. Axşam qaranlığında Paris istiqamətində böyük sürətlə hərəkət edən avtomobil yoldan keçən maralla toqquşub. Maşın yararsız hala düşsə də, Bernadett Şirak və onu müşayiət edən cangüdənlər ancaq yüngül xəsarətlə canlarını qurtarıblar.

Yol polisi hadisə barədə yalnız yerli vaxtla saat 23.30-da xəbər tutub və qəza baş verən yerə gedib.