Keçmiş “Qalatasaray”lı “Qəbələ”də

kecmis-qalatasarayli-qebelede
Oxunma sayı: 653

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, 2008-ci ildən Azərbaycan Premyer Liqasında top qovan türkiyəli futbolçu Muammer Erdoğdu ilə birillik müqavilə imzalanıb. Müdafiəçi artıq Qəbələdə təlim-məşq toplanışına start verən yeni komandasının sıralarına qatılıb.

Muammer Erdoğdu peşəkar karyerasına 2007-ci ildə “Qalatasaray”da start verib. 2008-2009 mövsümündə “Xəzər-Lənkəran”a transfer olunan 24 yaşlı futbolçu sözügedən mövsümün ikinci yarısını “Turan”da keçirib və daha iki mövsüm (2009-2010, 2010-2011) Tovuz təmsilçisinin şərəfini qoruyub . Arxada qoyduğumuz futbol ilinin ilk yarısını “Kəpəz”də top qovan müdafiəçi qış fasiləsində yenidən “Turan”a dönüb və mövsümü burada yekunlaşdırıb.