Keçmiş SSRİ 2012-dən nə qazandı?

kecmis-ssri-2012-den-ne-qazandi
Oxunma sayı: 654

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yalnız Qırğızıstan və Türkmənistan Olimpiya oyunlarını mükafatsız tərk edib.

Postsovet məkanı ölkələri arasında ən çox medal qazanan ölkə gözlənildiyi kimi Rusiya olub. Ümumi siyahıda 4-cü olan şimal qonşularımız 24-ü qızıl olmaqla 82 medal əldə edib. Londondan 10 medalla qayıdan və medal sıralamasında 30-cu olan Azərbaycan isə keçmiş Sovet ölkələri arasında 5-cidir. Ölkəmiz Rusiyadan başa Qazaxıstan, Ukrayna və Belarusdan geri qalır.

Postsovet ölkələri birlikdə 163 medal qazanıb ki, bunlardan 46-sı qızıl, 45-i gümüş, 72-si bürünc medaldır. Maraqlıdır ki, London Olimpiadasının qalibi olan ABŞ da 46 qızıl medal qazanıb.

4. Rusiya 24 – 26 – 32 – 82
12. Qazaxıstan 7 – 1 – 5 – 13
14. Ukrayna 6 – 5 – 9 – 20
26. Belarus 2 – 5 – 5 – 12
30. Azərbaycan 2 – 2 – 6 – 10
34. Litva 2 – 1 – 2 – 5
39. Gürcüstan 1 – 3 – 3 – 7
47. Özbəkistan 1 – 0 – 3 – 4
49. Latviya 1 – 0 – 1 – 2
60. Ermənistan 0 – 1 – 2 – 3
63. Estoniya 0 – 1 – 1 – 2
75. Moldova 0 – 0 – 2 – 2
79. Tacikistan 0 – 0 – 1 – 1

Ceyhun Əhmədov