Kəmaləddin Heydərov AİBA-nın növbədənkənar konqresində çıxış etdi

kemaleddin-heyderov-aiba-nin-novbedenkenar-konqresinde-cixis-etdi
Oxunma sayı: 692

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) növbədənkənar konqresində çıxışı zamanı deyib. Bütün qonaqlara Bakı şəhərinə təşrif buyurduqlarına görə təşəkkürünü bildirən nazir qeyd edib ki, çempionatda 100-dən artıq ölkədən 600-dən çox idmançı iştirak edir.

Heydərov hər bir idmançıya və məşqçiyə uğurlar arzulayıb.

Sentyabrın 26-da Bakıda start götürəcək London Olimpiadasına lisenziya xarakterli boks üzrə dünya çempionatı oktyabrın 8-də başa çatacaq.

Xatırladaq ki, son günlər dünya mətbuatı Azərbaycan gizli şəkildə WSB-nin hesabına 9 milyon dollar köçürməsi barədə məlumat yayıb. Bunun London olimpiadasında iki qızıl medal almaq müqabilində edildiyi bildirilir.