“Kəmaləddin Heydərov məni o qədər duyğulandırdı ki...”

kemaleddin-heyderov-meni-o-qeder-duygulandirdi-ki
Oxunma sayı: 683

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç Türkiyə-Azərbaycan arasında diplomatik münasibətlərin 20 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. Səfir bildirib ki, Azərbaycan Türkiyə ilə əkiz qardaşdır: “Türkiyədə 75 milyon Azərbaycanlı yaşayır və biz Azərbaycanın dəstəyindən məmnunuq. Azərbaycan hər zaman Türkiyəyə - ölkəmizdə baş verən son iki zəlzələdə də dəstək olub. Mətbuatdakı fikirlər isə bizim xalqları, insanları üzə bilər. Mətbuatda bir şey yazarkən ehtiyatlı olmalıyıq. Elə bir rəy yaradılmamalıdır ki, bizim aramızda problemlər var. Hər şey qaydasındadır və bizim qardaşlığımız əbədidir. Mən zəlzələ vaxtı Kəmaləddin Heydərova zəng etdim. O, mənə dedi ki, bizim 300 çadırımız və onun 150-sini Türkiyə üçün ayırmışıq. Bu söz məni o qədər duyğulandırdı ki…”.

H. Kılıç 4 ildir Azərbaycanda səfir olduğunu və bundan məmnunluq duyduğunu qeyd edib. Diplomat onu da bildirib ki, Türkiyədə xarici ölkələrə səfir göndərilərkən onlara belə bir təlimat verilir ki, hansı ölkədə Azərbaycanın səfiri yoxdursa, həmin səfir orada Azərbaycanı da təmsil etsin.