Kəmaləddin Heydərov rinqdə də sözünü dedi

kemaleddin-heyderov-rinqde-de-sozunu-dedi
Oxunma sayı: 683

“Qafqazinfo”nun məlumatına görə, 91 kiloqramda çıxış edən idmançımız Teymur Məmmədov qızıl medal qazanıb. O, finalda bolqarıstanlı Tervel Pulev üzərində inamlı qələbə qazanıb. İlk raundu 5:4 hesablı üstünlüklə tamamlayan 18 yaşlı boksçumuz ikinci raundda xal fərqini daha da artırıb - 15:7. Xal fərqi xeyli böyük olduğu üçün 3-cü raund keçirilməyib və boksçumuz vaxtından əvvəl qalib elan olunub.

Döyüşdən sonra Məmmədov Azərbaycan bayrağını çiyninə atmaq istəsə də, hakim onun qalib elan olunmamış bayrağımızı götürməsinə icazə verməyib.

Bundan əvvəl Azərbaycan boksçusu Salman Əlizadə də Ankarada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boksçumuz finalda rusiyalı Belik Qalanovu məğlub edib.

Çempionatın nəticəsi olaraq Azərbaycan komanda hesabında ikinci yeri tutub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan 1993-cü ildə belə bir nəticəni əldə edə bilib. O vaxt Azərbaycanın bir boksçusu Avropa Çempionu adını qazanıb. Uzun illər idi ki, Azərbaycan boksda heç bir uğur əldə edə bilmirdi. Nəhayət Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsində Ağacan Əbiyevi əvəzləyən Kəmaləddin Heydərovun bu sahəyə xüsusi diqqət ayırması cəmi iki il ərzində öz müsbət nəticəsini verdi.