Kəmaləddin Heydərov sökülən evlərdən danışdı

kemaleddin-heyderov-sokulen-evlerden-danisdi
Oxunma sayı: 680

Nazir qeyd edib ki, 2500-ə qədər ev bərpa-gücləndirmə statusuna düşür və onlardan bərpası mümkün olan bərpa olunacaq, bərpası mümkün olmayanlar qəzalı ev statusu verilərək söküləcək və təzədən tikiləcək.

Heydərovun sözlərinə görə, bir çox evlər var ki, içərisində çatlar var, digər problemlər mövcuddur, onlar da təmir olunacaq.

"Zaqatala, Balakən, Qax və Şəkidə bir neçə məktəb yenidən tikiləcək. Artıq qəzalı evlərin söküntüsü aparılıb, bir neçə obyektlərdə tikintilər başlayıb. Bütün kəndlərdə olan evlərin yanlarında düzəldilən inşaat bazalarına sement, armatur, daş və başqa inşaat materialları gətirilir. Artıq orada şirkətlər yerli əhalidən , onları işə qəbul edirlər. Bir neçə məktəbin tikintisi artıq başlayıb, onları növbəti tədris ilinə kimi tikib qurtarmalıyıq. Evlərin də tikintisi söküntülər olan yerdə artıq başlayıb, qalanları da başlayacaq", - nazir əlavə edib.

Qeyd edək ki, mayın 18-də episentri Zaqataladan 15 km cənubda olan 6 bal gücündə zəlzələ qeydə alınıb. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 4-5 bal gücündə hiss olunub.

Zaqatala ərazisində 7 bal gücündə birinci güclü zəlzələ mayın 7-də qeydə alınmışdı.