Kəmaləddin Heydərov yenə vəd verdi

kemaleddin-heyderov-yene-ved-verdi
Oxunma sayı: 658

O bildirib ki, zəlzələ bölgəsində məktəblərin tikintisini yəqin ki, tədris ilinin başlanğıcına, yəni sentyabrın 15-dək yekunlaşdırılacaq: “Komissiyaların verdiyi ilk rəylər əsasında tikintisinə başlanan fərdi evlərin inşası hesab edirik ki, oktyabrın ortalarına başa çatacaq. Sonradan tikintisinə başlanan evlər də eyni sürətlə tikilərək, soyuqlar düşənədək tikilib əhaliyə təhvil veriləcək.

Rayonların icra hakimiyyəti başçıları və iş icraçıları ilə birgə tikinti aparılan ərazilərə baxış keçirdik. Tikinti işlərinin sürəti normaldır. Komissiyaların verdikləri ilk rəylər əsasında demək olar ki, hər yerdə tikinti işlərinə başlanıb. Doğrudur, tikinti işlərinin gedişi müxtəlif səviyyədədir, bəzi evlərin bünövrəsi qazılır, bəzilərində betonlama, hörgü işləri aparılır, bir-neçəsində isə dam örtüyünün quraşdırılmasına hazırlıq görülür. Əhalinin müraciətlərinə əsasən, komissiyalar hələ də yerlərdə yoxlamaları davam etdirir, fərdi evlərə təkrar baxışlar keçirirlər. Hazırda zəlzələ bölgəsində 12 işçi qrupu fəaliyyətini davam etdirir.

Artıq 3200-ə yaxın evdə tikinti işlərinə başlanıb. Təkrar yoxlamalar zamanı Şəki də daxil olmaqla, 4 rayonda daha 513 fərdi evin qəzalı vəziyyətə düşdüyü müəyyənləşib və hazırda onların da tikintisinə başlanıb. Eyni zamanda, əlavə olaraq 2 mindən artıq evin bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyən edilib. Bərpa-gücləndirmə işləri də təqdim olunan aktların əsasında tikinti şirkətləri tərəfindən həyata keçiriləcək”.