Kəmaləddin Heydərova qarşı rüşvət ittihamı ilə bağlı rəsmi - açıqlama

kemaleddin-heyderova-qarsi-rusvet-ittihami-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 687

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Azərbaycanın London Olimpiadasında qızıl medal əldə etmək üçün rüşvət verməsi ittihamlarını əsassız sayılıb. “Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Associated Press agentliyi xəbər yayıb.

Xatırladaq ki, BBC televiziyası sentyabrda efirə verdiyi süjetdə 2012-ci ilin Olimpiya Oyunlarında qızıl medala sahib olmaq üçün Azərbaycanın AİBA-ya 9 milyon dollar rüşvət verməsi ittihamını irəli sürüb. Beynəlxalq Federasiya bununla bağlı, 5 nəfərdən ibarət xüsusi təhqiqat qrupu yaratmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, səslənən ittihamların heç bir əsası yoxdur və bütün bunlar sübuta yetirilməyib. AİBA fərdi sahibkar Həmid Həmidovun WSB liqasının Amerika zonasına investisiya qoymasını müəyyənləşdirib. Bu isə qanunla qadağan olunmur.