“Kəmaləddin Heydərovun fikri düzgündür”

kemaleddin-heyderovun-fikri-duzgundur
Oxunma sayı: 635

“Qafqazinfo”ya açıqlama verən millət vəkili bildirib ki, bitərəf deputat olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu məsələdə hamını həmrəy olmağa çağırmasını bölüşür: “Bir neçə gündür mətbuatda BBC telekanalının Azərbaycan əleyhinə yaydığı materialla bağlı müzakirələr gedir və hər KİV-də bu məsələ bir cür işıqlandırılır. Söhbət BBC-nin informasiyasından gedirsə biz onu dərhal həqiqət kimi qəbul etməməliyik. Bilirsiniz ki, beynəlxalq təşkilatların, beynəlxalq telekanalların Azərbaycanla bağlı müntəzəm olaraq qərəzli mövqeyi müşahidə olunur. Hətta Qarabağ Ermənistan ərazisi kimi təqdim olunur, münaqişədə Azərbaycanın mövqeyinin əksinə mövqelər sərgiləyiblər, bir sözlə, həmişə ölkəmiz əleyhinə, qərəzli və siyasi çalarlı hesabatlar, məqalələr yayılıb. Mən belə hesab edirəm Kəmaləddin müəllimin məhz bu məsələ ilə bağlı səsləndirdiyi Azərbaycanın imicindən söhbət getdiyi halda burda iqtidar-müxalifət olmamalıdır fikri tamamilə düzgündür. Doğrudan da bu, Azərbaycanın imicinə zərbə vuran bir məsələdir. Guya ki, Azərbaycan rəsmiləri tərəfindən Beynəlxalq Boks Federasiyasına pul ödəndiyi üçün Azərbaycan boksçuları qızıl medal alıblar, bu, təkcə idmanla bağlı deyil, siyasi qalmaqaldır və Azərbaycan əleyhinə yönələn düşünülmüş, qərəzlə dolu olan, qərəzli informasiyadır. BBC kanalı tərəfindən bu informasiyanın yayılması Azərbaycan dövlətinin beynəlxalq arenada mənfi istiqamətdə müzakirəyə çıxarılması və Azərbaycan haqda mənfi imic yaradılması məqsədi daşıyır. Bir məsələyə diqqət yetirmək lazımdır ki, bu informasiya Azərbaycanda boksla bağlı dünya çempionatının başlamasından bir neçə gün öncə yayılır.

Görünür, son zamanlar Azərbaycanın qazandığı uğurlar narahatlıq yaradıb. Həm də aydın olur ki, informasiya əvvəllər həvəskar federasiyada olmuş, lakin oradan uzaqlaşmış şəxslərin məlumatı əsasında yayılıb. Bunun özü göstərir ki, qərəz var. Federasiyadan uzaqlaşmış şəxslər təşkilatın imicinə zərbə vurmaq üçün Azərbaycan kartından istifadə etməyə çalışıblar. Düşünürəm ki, bu, böhtandır və hər bir yazarımız bunu nəzərə alaraq ölkəmizin mövqeyindən çıxış etməlidir”.

Fatimə