Kəmaləddin Heydərovun holdinqi adından dələduzluq edən şəxs saxlanıldı

kemaleddin-heyderovun-holdinqi-adindan-deleduzluq-eden-sexs-saxlanildi
Oxunma sayı: 684

Özünü məşhur tikinti materialları istehsal edən şirkətlərdən birinin əməkdaşı kimi təqdim edən Elşad Tağıyev insanların etimadını qazanaraq onların pulunu mənimsəyib.

“O, inşaat materialları satılan dükanlara gedərək özünü “Gilan” holdinqin əməkdaşı kimi təqdib edib və həmin şəxslərin hər birindən 500 manat pul alıb ki, onlara bunun müqabilində alçıpan gətirəcək. Nəticədə həmin şəxslərin etibarından sui istifadə edərək dələduzluq edib” – deyə 29-cu polis bölməsinin rəis müavini Murad Hüseynov bildirib.

Araşdırma zamanı bu işə fikirləşərək qərar verdiyini deyən Elşad Tağıyevin Yasamal rayonu ərazisində ümumilikdə 4 nəfərdən pul aldığı məlum olub.

Qeyd edək ki, 49 yaşlı Elşad Tağıev 2010-cu ildə eyni əməllə, yəni dələduzluq etdiyinə görə Səbail rayon məhkəməsinin qərarı ilə cərimə də edilib. Amma cəzasının yüngül olmasından istifadə edən Elşad ona göstərilən humanistlikdən sui istifadə edərək yenidən qanunsuz yolla gəlir əldə etmək niyyətinə düşüb. Bu istək isə onun növbəti dəfə polis tərəfindən yaxalanması ilə nəticələnib.

Hazırda polislər tərəfindən saxlanılan Elşad Tağıyevin rayon və paytaxtın digər rayonlarında dələduzluq edib-etməməsini araşdırılır.