Kəmaləddin Heydərovun qohumunun adı dəhşətli cinayətdə

kemaleddin-heyderovun-qohumunun-adi-dehsetli-cinayetde-
Oxunma sayı: 658

Abşeron rayonu, Qobu qəsəbəsinin sakini Vasif Turanın hüquqlarının müdafiəsi üzrə Ictimai Komitə yaradılıb. Bu barədə dünən RATI-də keçirilən mətbuat konfransında bildirilib. Vəkili Rasim Əlizadə bildirib ki, bu zərurət Vasif Turan barəsində cinayət işi açılacağı ilə hədələndikdən sonra yaranıb.

Onu yalnız 2011-ci il oktyabrın 7-də evinin yanmasının və iki azyaşlı uşağının həlak olmasının obyektiv və ədalətli araşdırılmasını tələb etdiyi üçün hədələyirlər. Vasif Turanın sözlərinə görə, yanğın axşam 11 saatlarında baş verib, o özü və həyat yoldaşı evdə olmayıb. 11 və 9 yaşlı oğulları, ev birmərtəbəli olsa da evi tərk edə, qapını aça və ya pəncərədən tullana bilməyiblər. Bundan başqa, yanğın zamanı evdə partlayış olub, baxmayaraq ki, evdə qaz yox idi. Həlak olmuş uşaqların atasının və onun vəkilinin evin yandırılmasına və içəridə kiminsə atdığı partlayıcı maddələr olmasına dair ciddi şübhələri var.
Faktla bağlı polis tərəfindən deyil, FHN-nin Baş Istintaq Idarəsində cinayət işi açılıb. FHN bunu yanğın faktı ilə izah ediblər. Ekspertiza göstərib ki, yanğının səbəbi qısa qapanma olub, Vasif Turan və onun vəkili isə bununla qətiyyən razılaşmırlar və yandırma faktı olduğunu hesab edirlər. Belə ki, yerli kərpic zavodunun direktoru dəfələrlə Vasif Turanın yanına gəlib, onun qohumunu döyüb və qayınanasının evini talan ediblər. Kərpic zavodunun direktoru FHN rəhbəri Kəmaləddin Heydərovun qohumu olması ilə lovğalanırdı. Zərərçəkmişin ölkə prezidentinə, DIN rəhbəri və MM spikerinə, Baş Prokurora müraciətləri, Vasif Turanın Baş Prokurorluğun Istintaq Idarəsinə çağırılaraq, məsələnin aydınlaşdırılacağına vəd verilməsini nəzərə almasaq, nəticə verməyib.

“Artıq itərəcək heç nəyim yoxdur, övladlarımı itirdim, həyat yoldaşım onların ölümündən sonra ciddi xəstəlik tapdı, evim yandı. Heç bir hədələrə baxmayaraq, bu işin sonuna qədər gedəcəyəm. Məsələyə obyektiv baxılmasa və istintaq övladlarımın qatilini tapmasa, xaricdə sığınacaq istəyəcəyəm”, deyə Vasif Turan bildirib.

“Turan”