Kərəm Həsənovun deputat qardaşı gecə ev sökdürür - Reportaj, Video

kerem-hesenovun-deputat-qardasi-gece-ev-sokdurur-reportaj-video
Oxunma sayı: 2127

“Qafqazinfo”ya verdiyi məlumata görə, sakin Sevinc Zeynalova bildirib ki, onların evlərinin hamısı sənədləşdirilmiş evlər olsa da bu gün polisin iştirakı ilə evləri qanunsuz olaraq sökülüb: “15 nəfər polis və bir neçə tanımadığımız şəxs bu gün səhər saat 11:00 radələrində gəlib evimizdə ola-ola söküntüyə başladılar. Bu ünvanda 13 ev var. Bizə 5-6 ay və bundan əvvəl heç bir sənədsiz, şifahi şəkildə evlərimizin hər kvadrat metrinə 1500 manat təklif etdilər. Pulu təklif edənlər Əmlak Komitəsinin şöbə müdiri Yusif Qənbərov və AZİNKO Holdingin texniki istehsalat şöbəsinin əməkdaşı Rüfət Əhmədov olub. 13 evdən 6-sı bununla razılaşdı, qalanları isə yox”.

Sevinci Zeynalova onu da vurğuladı ki, bu gün baş tutan söküntü işlərinə Səbail rayon polis idarəsinin rəis müavini Kamal Vəlişov başçılıq edib. Sakinlər burada ticarət mərkəzinin tikildiyini, heç bir strateji əhəmiyyətli bina və yol genişləndirilməsi olmadığını deyir. Həmnçinin tikinti işlərini aparanların bundan prezidentin də xəbərdar olduğunu deyərək, onun adından istifadə edirlər.

Digər sakin Şahverdiyeva Nuranə isə qeyd etdi ki, mətbuatda bu barədə gedən yazılar problemə demək olar ki, əks təsir etdi. “Mətbuat orqanlarının əksəriyyətində bizim bu məsələ ilə bağlı şikayətimiz getmişdi. Bununla bağlı çoxlu məqalələr getmişdi, ancaq bunların heç birinə reaksiya verilmədi. Artıq bizdə elə təsəvvür yaranır ki, qanun var, ancaq ona əməl edən yoxdur. Hətta bir müddət əvvəl bizə dedilər ki, sizin məqalələr Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu əsəbləşdirib. Onun qardaşı Malik Həsənov isə bizim səs verib seçdiyimiz millət vəkilidir. Deputatımız Malik Həsənov evimizi başımıza uçurur”. Bu vəziyyətin erməni azğınlığından fərqsiz olduğunu deyən sakinlər söküntü zamanı qaz və su borularının yarasız hala düşdüyünü, hətta elektrik naqillərinin də qoparaq təhlükəli vəziyyət yaratdığını dedilər.

***

Neftçilər prospektində gərgimnlik yaranıb. Bu barədə “Qafqazinfo”nun qaynar xəttinə zəng edən Akif Həmidov adlı şəxs bildirib. O, Neftçilər prospekti 61-də evlərin ağır texnika ilə uçurulduğunu bildirib: “Orada mənim bacım Sevinc yaşayır. Zəng edib ağlaya-ağlaya dedi ki, evimizi uçurdurlar. Bu işi Azniko şirkəti eləyir. Polislər də onlara dəstək verirlər. Məsələ burasındadır ki, sakinlər evlərindən çıxmaq istəmir, onlara təklif edilən yerlərlə razılaşmırlar. Bu bina köhnə İnturist mehmanxanasının yanındadır. Hazırda ciddi qarşıdurma yaranıb. Sakinlər evlərini tərk etmək istəmir. Qarşı tərəf isə texnika ilə evləri uçurdur”.

Baş verən olayla bağlı “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə yollanıblar. Ətraflı məlumat əldə edən kimi oxucuların diqqətinə çatdıracağıq.

Fatimə
Nərgiz

bayi.flv