Kılıcdaroğlu Sərdar Cəlaloğluna məktub göndərdi

kilicdaroglu-serdar-celalogluna-mektub-gonderdi
Oxunma sayı: 653

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ADP-yə CHP-nin Genel Başqanı Kamal Kılıçdaroğlu tərəfindən daxil olan məktubda deyilir: “Türkiyədə 12 iyun 2011-ci il tarixdə keçirilən seçkilərin nəticələri ilə bağlı göndərdiyiniz təbrik məktubunuzu aldım. Xalqımızın etimadını layiqli yerinə yetirəcəyimizi və bu yöndə sizin dəstəklərinizin bizim üçün çox gərəkli olduğunu ifadə etmək istərim. CHP Qardaş Xalqlarımız arasında dərin əlaqələrini bir öncəlik olaraq bilməkdə olub, Türkiyə Böyük Millət Məclisində və digər sahələrdə çalışmalarında da bu önəmli görəvi yüksək səviyyədə yerinə yetirməyə davam edəcəkdir. Türk dövləti və xalqı Dağlıq Qarabağ məsələsinin ədalətli həllində həmişə Azərbaycan xalqının yanında olacaq, CXP bu problemin həlli ilə bağlı əlindəki bütün imkanlardan istifadə edəcək və daim bu problemi diqqət mərkəzində saxlayacaqdır.”

Məktubun sonunda CHP-nin ADP ilə əlaqələrə böyük əhəmiyyət verdiyi və qardaş xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsi baxımından partiyalararası münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasının vacib olduğu bildirilir.