Kim Çen İn evləndi

kim-cen-in-evlendi
Oxunma sayı: 1038

Qeyd edək ki, Kim Çen In bir neçə dəfə xalqın qarşısına bir qadının müşayiəti ilə çıxıb. Bu xanımın adı, hansı işlə məşğul olması hamı üçün sirr olaraq qalırdı. Həmin qadının Şimali Koreya müğənnisi və Kim Çen Inın keçmiş sevgilisi olduğu da ehtimal edilirdi.

Li Sol Yunun hansı işdə çalışdığı, yaxud çalışmadığı barədə hələ rəsmi məlumat yoxdur. Şimali Koreya liderinin şəxsi həyatı bu ölkədə ən çox qorunan sirrlər sırasındadır. Onun 1982-ci, yaxud 1983-cü ildə anadan olduğu da dəqiq məlum deyil.

Xatırladaq ki, Kim Çen In 2011-ci ilin sonlarında, atası Kim Çen İrin ölümündən sonra ölkənin rəhbəri olub.