Kim Çen İrin son mərasimi keçirilir -Fotolar

kim-cen-irin-son-merasimi-kecirilir-fotolar
Oxunma sayı: 662

“Qafqazinfo”nun İTAR-TASS-a isinadən xəbərinə görə, mərasimin birinci mərhələsi Kımsusan xatirə kompleksində keçəcək. Qeyd edək ki, Kim Çen İrin cəsədi ölümündən sonra bu kompleksə yerləşdrilib.

“Franse-Press” agentliyi xəbər verir ki, çərşənbə günü səhərdən başlayaraq Şimali Koreya dövlət televiziyası Kımsusanda insanların ağlaşma səhnələrini yayımlayıb. Agentlik qeyd edir ki, bu kadrların nə zaman çəkildiyi bilinmir.

Həmçinin bildirlir ki, vida mərasiminin keçirilməs ilə bağlı rəsmi tədbirlər nəzərdə tutulmayıb. Belə ki, mərasimə xarici nümayəndələr dəvət olunmayıb.

Gözlənilir ki, Kim Çen İrin bədəni mumiyalanacaq və atası Kim İr Senin yanında Kımsusan kompleksində saxlanılacaq.

Xatırladaq ki, Şimali Koreya diktatoru dekabrın 17-də 69 yaşında ölüb.