“Kim hisslərinə hakim olarsa, o da qalib gələcək” - Müsahibə

kim-hisslerine-hakim-olarsa-o-da-qalib-gelecek-musahibe
Oxunma sayı: 684

- Bu il hansı yarışlarda iştirak daha çox yadınızda qalıb?
- Bu, sözsüz ki, Fransada keçirilən dünya çempionatıdır. Mən orada çoxnövçülükdə bürünc medal qazanmışam. Bu növdə uğur hər şeydən çox qiymətləndirilir. Buna qədər mən dünya birinciliyində ayrı-ayrı tapşırıqlarda mükafatlar qazanmışam və həmin medallar təbii ki, çox vacibdir. Hətta Azərbaycan yığmasının məsləhətçisi İrina Viner zarafatla deyib ki, mən indi əvvəlki mükafatlarımı tullaya bilərəm, belə ki, dünya çempionatında qazandığım medal ən dəyərlisidir.

- Bu nəticəni medalların yalnız çoxnövçülükdə oynanıldığı Olimpiadada uğurlu çıxışa sifarış qismində nəzərdən keçirmək olarmı?

- Bəli, olimpiya oyunları gərgin mübarizə şəraitində keçəcək, belə ki, olimpiya proqramına bədii gimnastika üzrə yalnız çoxnövçülük daxildir. Ola bilsin ki, vaxt ötdükcə ayrı-ayrı növlərdə mükafatlar oynanılsın, lakin bu, uzaq perspektivdədir. Digər tərəfdən, başa düşürəm ki, hamı Londonda məndən uğurlu çıxış gözləyir və bu ümidləri doğrultmaq istəyirəm. Ona görə ki, bu mənim ikinci Olimpiadam olacaq.

- Getdikcə hər il gimnastların proqramları daha da çətinləşdirilir. Sizə münsiflər heyətində və tamaşaçılarda təəssürat yaratmaq üçün yeni elementləri yerinə yetirmək çətin deyil ki?

- Mükəmməlliyin sərhədi yoxdur. Fikirləşirəm ki, proqramı daha da çətinləşdirmək olar, lakin burada məsələ başqadır. Çətin ki, kimsə Olimpiadadan öncə eksperimentlərə əl atsın. Elementlər arasında musiqi dəyişəcək, lakin kompozisiyanın əsası şübhəsiz ki, saxlanacaq.

- Bədii gimnastikada rəqabət getdikcə daha da artır, yeni adlar ortaya çıxır. Yeni rəqiblərlə qiyabi mübarizədə özünüzü necə hiss edirsiniz?

- Hamı peşəkarcasına böyüyür və onlar istisna deyillər. Məsələn, bolqarıstanlı Silviya Miteva olduqca güclü rəqibdir, onun alətlərə çox yaxşı sahib olma texnikası var. Aralarında Melitina Stanyutanın da olduğu belarus idmançıların kompozisiyaları yüksək səviyyədədir, onlar müxtəlif elementləri yaxşı yerinə yetirirlər. Əlbəttə ki, heç kəs səhvlərdən sığortalanmayıb. Kim əsəblərinə və hisslərinə hakim olarsa, o da qalib gələcək.

- Sizin yarış qrafikiniz olduqca sıxdır, üstəlik, yanvarda olimpiya oyunları öncəsi Londonda sınaq turnirində çıxış etməlisiniz. Bu, sizin üçün nə kəsb edəcək?

- Mən olimpiya çempionu Yevgeniya Kanayeva və Darya Kondakova ilə yarışlara turnirin reytinq-favoriti qismində yollanacağıq. Biz sadəcə sərbəst çıxış etməliyik, 2012-ci il olimpiya oyunlarının mükafatları uğrunda mübarizə aparacağımız zala baxmalıyıq, bu atmosferi hiss etməliyik ki, bu da Olimpiadanın başlanmasından öncə çox vacibdir.

- Demək olarmı ki, siz ötən mövsümdən tam tazı qalmısınız?

- Mən Avropa çempionatının nəticələrindən bir az məyus olmuşam, orada mükafatlar uğrunda mübarizə apara bilmədim. Digər tərəfdən, Monpelyedə keçirilən dünya birinciliyindəkı çıxışımdan razıyam. Bunu böyük nailiyyət hesab edirəm. Mənim anam hətta öncə nəticəyə inanmayıb fikirləşdi ki, mən onunla sadəcə zarafat edirəm. Buna görə də bu bürünc medalın mənim üçün hər mənada xüsusi yeri var.

Trend.az