Kimlər 65 yaşdan sonra işləyə biləcək? – 5 meyar

kimler-65-yasdan-sonra-isleye-bilecek-5-meyar
Oxunma sayı: 675

Azərbaycanın Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında qərar verib. Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:

1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;

1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;

1.3. İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;

1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;

1.5. Dövlət mükafatı laureatı olması.

Nigar Məmmədli