“Kiş-Miş”in sahibinin təcavüz etdiyi qadın kimdir?

kis-misin-sahibinin-tecavuz-etdiyi-qadin-kimdir
Oxunma sayı: 647

Sank Peterburqda polis tərəfindən öldürülən azərbaycanlı iş adamı Əfqan Rəsulovun evində təcavüz etdiyi deyilən qadın Rusiya Daxili İşlər Nazirliyində xüsusi nəzarətə götürülüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 31 yaşlı qadın biznesmenin öldürülməsində əsas şahid hesab olunur. Polis əməkdaşlarının onu xüsusi nəzarətə götürməsində səbəb isə Rəsulovların çoxsaylı qohumları tərəfindən ediləcək təzyiqlərdən qaçmaq göstərilir.

Artıq öldürülən iş adamının kiçik qardaşı Akif Rəsulova qarşı cinayət işi açılıb. O, üç maddə ilə ittiham olunur. Həmin maddələrdən biri də “təcavüz” və “seksual xarakterli zorakı hərəkətlərdir. Bu maddələr üzrə onu 8 il həbs gözləyə bilər.

Ukraynalı Tatyana isə dindirildikdən sonra şəhərdən çıxarılıb. Onun harada olmasının isə təhkükəsizliyi baxımından gizli saxlanıldığı deyilir.

İstintaqı aparan şəxslərdən birinin verdiyi məlumata görə, qardaşlar onun istəyi olmadan zorla onu bu evə gətirərək bir neçə gün ərzində ona növbəli şəkildə təcavüz ediblər. O, fürsət tapan ki pəncərədən qışqıraraq kömək çağırmağa imkan tapa bilib.