“Kişi ilə aranı açmaq olmaz...” – Zərif düşüncə

kisi-ile-arani-acmaq-olmaz-zerif-dusunce
Oxunma sayı: 696

“Nikoil bank”ın filial müdirəsi Mahirə Qurbanovanın “Qafqazinfo”ya müsahibəsi:

- Azərbaycanda iş xanımı olmaq necə bir hissdir?

- Bu bizim ölkədə çox gözəl hissdir.

- Bəs gender bərabərliyi qorunurmu?

- Göyçənin ucqar dağ kəndindən gəlmiş bir qız bu gün bu səviyyəyə çatıbsa, onda bu sualın cavabı aydındır.

- Bank müdirəsi olmaq bir xanım üçün nə deməkdir?

- Böyük məsuliyyətdir. Həm də heç kim mənə xanım kimi baxmır. Elə uşaqlıqdan oğlan kimi böyümüşəm.

- Siz bir təcrübəli xanım və ana kimi yeni ailə quran qızlara ailələrini qorumaq üçün nəyi məsləhət görərdiniz?

- Mən ancaq onlara səbrli və hörmət etməyi diləyirəm. Heç zaman kişi ilə aranı açmaq olmaz. Kişi kişidir. Qadın istəsə evi qurar da, yıxar da. Allah heç kəsi bedəsilə tuş eləməsin

- Siz tanınmış naşir, mərhum Qoşqar Qarayevin həyat yoldaşısınız. Və bildiyimizə görə onun işlərini dayanmağa qoymursunuz... Onun işlərini görmək sizə çətin deyil?

- Bu mənim ürəyimin yarasıdır.

- Bank müdirəsi kimi nə deyə bilərsiniz, kişilərə daha çox etibar etmək olar, yoxsa qadınlara?..

- Fərqi yoxdur. Son zamanlar etibar ediləsi insanlar azalıb, amma dələduzluq lap çoxalıb. 25 ildir insanlarla ünsiyyətdəyəm, ona görə də mən də artiq insanlara baxanda bilirəm nə istəyirlər. Məni aldatmaq çox çətindir, ancaq hərdən ürəyimin yumşaqlıgından istifadə edənlər də olur.

- Kişilər evləndikləri qadınlara “Arvad”, “Həyat yoldaşı”, “Ömür-gün yoldaşı”, “Sevgili” və s. kimi adlar qoyurlar. Sizcə, kişi evləndiyi qadını necə adlandırmalıdır?

- Başqa kişiləri deyə bilmərəm. Mən yoldaşıma “Atası”, o isə mənə “Anası” deyə müraciət edərdi. O mənim hər şeyim idi, sirdaşım dostum. Ömür gün dostu...

- 8 Martda nə gözləyirsiniz?

- 2 ildir 8 Martdan heç nə gözləmirəm, ömrümün sonuna qədər də heç nə gözləməyəcəyəm. Axı Qoşqarım yoxdur. Düzdür, məni sevənlər çoxdur, təbrik edənlər də çoxdur, çox minnətdaram hamısına. Övladlarım böyüyüb məni təbrik edəcəklər, amma mən bunların arasında hər zaman onu axtaracağam... Sonda bütün xanımları, analarımızı 8 Mart qadınlar bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bizim xanımlarımız, analarımız bütün dünyanın xanımlarından, analarından daha fədəkardır, daha ağıllı və ailə canlıdırlar. Bütün gözəlliklər sizlərin olsun, əziz analar və xanımlar.

Günel