“Kişi kimi görünmək xoşuma gəlir”

kisi-kimi-gorunmek-xosuma-gelir
Oxunma sayı: 642

Səhnənin ekstravaqand müğənnisi kimi qəbul edilən Samir Bağırov etiraf edib. “Qafqazinfo” xəbər verir ki, Trend-ə açıqlama verən müğənni qarderobunu təzələyib, özünə yeni kişi kostyumları aldığını bildirib. “Kişi kimi görünmək xoşuma gəlir. Artıq dəvət aldığım verilişlərdə iştirak edəndə sırf ciddi geyimlərdə görünürəm. Modelyerlərin mənim üçün hazırladıqları geyimlərdən bir müddət istifadə etmək istəmirəm. Dəyişiklik etmək, fərqli görünmək daim məndə mükəmməl alınır. Odur ki, gələn aydan etibarən imicini yenilənmiş Samiri görəndə heç kim təəccüblənməsin", - Bağırov belə dedi.
Uzun saçlarını kəsdirib-kəsdirməyəcəyi ilə bağlı ünvaladığımız sualları müğənni cavabsız qoydu.