Kişiləri aldatmaq asandır

kisileri-aldatmaq-asandir
Oxunma sayı: 690

Hə, bax bu yerdə ağlıma gələn bir şeyi vurğulamaq istəyirəm. Əgər qarşı cins bir türk kişisidirsə, şübhəsiz, qarşısındakı xanımın ondan xoşlandığını düşünəcək. Düşünməsə belə, imkan düşdükcə, onunla yaxınlaşmağa, yanında olmağa çalışacaq. Əgər qadından etiraz gəlsə, o zaman həmin kişinin gözündə bu qadın anlaşılmaz tipə çevriləcək. Kişilər unudurlar ki, qadınlar ətrafındakı səmimi münasibət göstərdiyi kişilərə qarşı bir şeylər hiss edirlər deyə nəzəriyyə yoxdur. Ağıllı kişi ona səmimi münasibət göstərən qadından başqa şeylər gözləməməlidir. Amma bu anlaşılmazlıq kişilərin problemi deyil, cəmiyyətimiz qapalı olduğu üçün, kişilər, hələ də, qadınların öz hisslərini açıq şəkildə dilə gətirəcəklərinə inanmırlar. Qadın, həqiqətən, bir kişiylə münasibət qurmaq istəsə inanın ki, bunun yollarını düşünüb hər hansı bir şəkildə qarşı tərəfə bildirəcəkdir. Yox, əgər desəz ki, qadınlar öz hisslərini dilə gətirmək mövzusunda utancaqdırlar. O zaman deyərdim ki, utancaq qadının kişilərlə bir ortamda səmimi söhbətlər etməsi mənə görə qeyri-mümkündür. Kişilər bu mövzuda aldana bilirlər.
Ümumiyyətlə, ətrafımızda səmimi rəftarı bacaran və təbii olan nə qədər qadın var? Düşünsək, barmaqla sayılacaq qədərdir. Kişilərin, demək olar, hamısı səmimi qadınlardan xoşlanırlar. Mənə görə ən yaxşı münasibət bütün səmimiliyin içində insanlarla cinsindən asılı olmayaraq, bir qədər məsafə saxlaya bilməkdir. Amma bunu ifrat bəlli etdirəcək şəkildə deyil. Mən qarşı cinsə bir yöndə haqq qazandırıram, çünki kişilərə görə bayağı tərəfləri olan o qədər qadınlar vardır ki... Həqiqətən də, vardır. Şəxsən, mən bir qadın olaraq, bir çox qadın cinsinin nümayəndələri ilə söhbət etməkdən nəinki xoşlanmıram, heç hövsələm çatmır. Bunları birbəbir sadalamaq istəmirəm, çoxları nəyi nəzərdə tutduğumu anlamamış deyildir. Qadınlar kişilərlə dostluq münasibətində çox şeyləri qarışdırdırırlar. Onlar beyinlərində bir kişidən həm də qadın rəfiqə düzəltmək istəyirlər. Bir şeyi yadda saxlamaq lazımdır; kişilərin bir çoxu sırf qadına aid mövzuları bir yerə qədər dinləyə bilər, o da qarşısındakının hansı zövqə malik olduğunu anlamaq üçündür, ya da elə kişilər vardır ki, qadın düşüncələrinin dərinliklərinə varmaq istəyirlər, ancaq nəticə budur: kişidən qadın rəfiqə olmaz. Hə, bax bu yerdə demək istəyirəm ki, göstərdiyim tipdə olan qadınlardan dərin şeylər gözləmək əfəllikdir. Və belə qadınları uğursuz tiplər adlandırıram. Həm də siz qarşınızdakı qadını sonda xəyal qırıqlığına uğradacaqsınız. Hər necə tip olur olsun.
Bütün münasibətlərdə və dostluqlarda bir və əsas şeyi nəzərə almaq lazımdır; hər kəsin öz zövqü, davranış qaydaları, həyata baxış acısı vardır. Sən ya ona görə davranacaqsan, ya da kəsdirib atacaqsan. Başqa halda, insanın sinir sistemi pozulacaq və onu da bərpa edənə qədər də zaman lazımdır, bəlkə, heç bərpa da olunmadı da, kim bilir? Ən yaxşısı, öz seçimini bəri başdan edəcəksən, düzələr deyə səbir göstərmək, mübahisələrə qoşulmaq ən yersiz olanıdır. Əsas odur ki, özümüz öümüzü və heç kimi aldatmayaq, bütün yalanlar bir gün qırılmağa məhkumdur.