Kişilərin qabırğa davası

kisilerin-qabirga-davasi
Oxunma sayı: 1104

Qadın kişiyə sığınanda, sanki, onun çıxarılmış qabırğasının yerinə oturdulur, o zaman hər şey bütövləşir, qadında bu haldan rahatlaşır.
Qadınlar özlərini kişiyə oxşadanda, kişi kimi geyinəndə, “kişi kimi qadın” olanda həmin an, qabırğalaşırlar (möhkəmlənirlər).
Qadın kişinin ən lazımlı “qabırğasıdır”.

Kişi qadından çox rahatlıqla imtina edir, sanki kişi qadını atanda bir cüt qabırğasını atmış olur. Amma qadın kişidən yaradılıb deyə, kişidən (öz varlığından) imtina etməklə bütövlükdə özündən imtina etmiş olur. Ona görə də qadınlar kişidən ayrıla bilmir və ya çətin ayrılırlar.

Qadın kişini xatırlayanda özünü xatırlamış olur, kişi qadını xatırlayanda bir hissəsini qabırğasını.

Qadın kişinin çıxarılmış qabırğasıdır, deməli, qadın kişinin ağrısıdır. Kişi qadınla ovuna bilmir, kişi qadınla ağrıyır.

Kişi qabırğasını verərək fədakarlıq inistiktinə sahibləndi, qadın alaraq mənimsəmə vərdişinə yiyələndi.
Kişinin qabırğalaır çıxandan sonra zəiflədi. O gün-bu gün qadın kişinin zəif yeridir.

Kişilər dünya yaranandan bəri qadınlarla gizli-aşkar “qabırğa davası” aparırlar, divin canı şüşədə olduğu kimi, kişinin də canı (qabırğası) qadındadır. Kişi qadının bədəninə sahib olmaq istəyəndə də, ondan qabırğasını almış olur. Kişi qadında yox, qabırğasına toxunur. Kişi qadını yox, qabırğasını – özünü sevir, bəlkə də.

Yaxşı ki, dünyada Anna Axmatova kimi etirafpərvər qadınlar da olub:

Sənin qabırğandan yaranıb, səni
De görüm mən necə sevməyə billəm.
(Tərcümə Çingiz Əliğolunundur)

Əziz xanımlar, bunu demək üçün A.Axmatova olmaq lazımıdır, əks təqdirdə başqa qadınlar kimi bir tərəfli düşünəcəksiniz: “Sizi biz doğmuşuq, biz yaratmışıq”.