Klinton gürcü müxalifəti ilə görüşdü

klinton-gurcu-muxalifeti-ile-gorusdu
Oxunma sayı: 644

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, görüşdə üç müxalif partiyasının rəhbərləri iştirak edib. Özü şəxsən iştirak etməsə də milyarder Bidzini İvanişvilinin “Qruzinskaya meçta” partiyası, xristian-demokratik partiyası və “Novıye pravye” partiyalarının rəhbərləri.

ABŞ dövlət katibi Gürcüstanda azad mətbuat probleminin olmasına diqqət çəkib. Bundan başqa, Klinton çıxışında qeyd edib ki, ancaq Gürcüstan xalqı seçmək hüququna malikdir və xalqın iradəsinə hər bir kəs tabe olmalı, bütün partiyalar bu seçimə hörmət etməlidirlər.

Klinton həmçinin, Gürcüstan hökumətinə ədalətli və şəffaf seçkilər keçirilməsi üçün konkret ölçülər təklif ediləcəyin bildirib.

Sonda Gürcüstan müxalifəti Klintona ölkənin NATO yolunda göstərdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər.