Klinton Liviyaya getdi

klinton-liviyaya-getdi
Oxunma sayı: 673

“Qafqazinfo”nun Türkiyənin “Sabah” qəzetinə istinadən xəbərinə görə, Liviyada müvəqqəti hökumətə 11 milyon dollarlıq yardım edən Klinton Malta ziyarətindən sonra paytaxt Tripoliyə keçib.
Fevral ayında Qəzzafiyə qarşı etirazların başlamasından sonra Liviyada olan ABŞ rəsmisi bu dəfəki səfərində Müvəqqəti Keçid Şurasının üzvləri ilə bir araya gəlib. ABŞ-dan olan diplomatik mənbələr Klintonun görüşdə Liviyaya yeni yardım paketini təqdim edəcəyini deyib.
Yeni yadım paketiylə birlikdə ABŞ-ın Liviyaya etdiyi yardımın həcminin fevral ayından bu yana 135 milyona çatacağı açıqanıb.