Klinton Obamanın qarşısında ikiqat əyildi – Video

klinton-obamanin-qarsisinda-ikiqat-eyildi-video
Oxunma sayı: 692

Barak Obama ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkilərində yenidən namizəd olacaq. Bunu eks-prezident Bill Klinton elan edib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə Demokrat Partiyasının Qurultayında Klinton 50 dəqiqəlik çıxışı zamanı “Xaricdən sakit görünən, lakin daxili Amerika üçün yanan kişini prezidentliyə namizəd olaraq elan edirəm” deyərək Barak Obamanı namizəd elan edib.

Obama kürsüyə yaxınlaşarkən Bill Klinton onun qarşısında əyilərək salam verib, daha sonra eks-prezidentlə hazırkı prezident səmimi şəkildə qucaqlaşıblar.

Klinton seçicilərə onu da deyib ki, əgər hamının bərabər, eyni hüquqlu olduğu ölkədə yaşamaq istəyirsinizsə, o zaman Barak Obamaya səs verməlisiniz.

Amerika KİV-nin yazdığına görə, 66 yaşlı Bill Klintonun bu çıxışından sonra qərarsız olan seçicilərin böyük əksəriyyəti Mitt Romneyi deyil, Barak Obamanı dəstəkləyəcək.

Aynur