Klinton Qafqaza gəlməyə qərar verdi

klinton-qafqaza-gelmeye-qerar-verdi
Oxunma sayı: 659

ABŞ dövlət katibi Hillari Klintonun Gürcüstana səfərinə hazırlıq gedir. “Gorgia Online” saytının xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin müavini Erik Rubin bildirib. O deyib ki, hazırda səfərin konkret tarixinin müəyyənləşdirilməsi prosesi gedir: “Həmçinin səfərin gündəliyi üzərində iş aparılır. İndi onu demək olar ki, dövlət katibi rəsmi şəxslərlə görüşəcək, iqtisadiyyat, müdafiə, ticarət münasibətləri və digər sahələrdə əməkdaşlığı müzakirə edəcək.

Həmçinin Gürcüstanda yaxınlaşan seçkilər və gələn ilin mayında keçiriləcək NATO sammitində ölkənin bu təşkilata üzvlüyü məsələsinə baxılması perspektivləri barədə danışıqlar olacaq” deyə, Erik Rubin bildirib. O əlavə edib ki, dövlət katibi Gürcüstana səfər etməyi səbrsizliklə gözləyir. Qeyd edək ki, ötən il H.Klinton Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda da olub. Lakin bu dəfə onun Gürcüstanla yanaşı Azərbaycan və Ermənistana da səfər edəcəyi məlum deyil. Belə görünür ki, hazırda ancaq Gürcüstana səfər barədə söhbət gedir ("YM").