Klinton Qarabağdan danışdı

klinton-qarabagdan-danisdi
Oxunma sayı: 647

APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klinton “FY 2013 Beynəlxalq Münasibətlər və Konqresin Büdcə Təsdiqləmələri” iclasında çıxış edib. “Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk Qrupundan olan tərəfdaşları ilə birgə çalışır”, - deyə dövlət katibi əlavə edib.

Digər regional münaqişələr barədə danışan xanım Klinton Gürcüstan ərazisində mövcud olan Abxaziya və Cənubi Osetiya münaqişələrinə də toxunub: “Gürcüstan hələ də Abxaziya və Cənubi Osetiya münaqişələri ilə üz-üzədir. Bu münaqişələrə həmçinin Rusiya ilə 2008-ci ilin avqustunda baş verən hadisələri də şamil etmək olar. Bununla belə gündəlikdə olan ambisiyalı siyasi və iqtisadi islahatlar davam etdirilir. ABŞ-ın məqsədi suveren, bütöv, demokratik və inkişaf edən Gürcüstanı güclü tərəfdaş və regionda demokratik dəyişiklik, islahatların potensial modeli kimi təhlükəsizlik və siyasi məsələlərində dəstəkləməkdir”.

ABŞ xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə Birləşmiş Ştatlar Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır.

O qeyd edib ki, Avropada Silahlara Nəzarət Qurumu Avropada sabitlik və təhlükəsizliyi möhkəmləndirmək üçün silahlara nəzarət sisteminin yeniləşdirilməsində ön sırada olub: “Bununla belə Rusiya ilə həll edilməmiş fikir ayrılıqları, eləcə də Avropadakı “dondurulmuş münaqişələr” NATO alyansının yeni çərçivədə Avropada silahlara nəzarət istiqamətində danışıqlara başlamasına mane olub”.

Sözü gedən münaqişələrə nümunə kimi isə dövlət katibi Azərbaycanda Dağlıq Qarabağ, Moldovoda Dnestryani, Gürcüstanda isə Cənubi Osetiya və Abxaziya münaqişələrini göstərib.

Dövlət katibi 2013-cü ildə Obama administrasiyasının əvvəlki illə müqayisədə humanitar yardımların miqdarını 300 milyon dollar azaldacağını bəyan edib: “Biz Avropa, Avrasiya və Mərkəzi Asiyada bütün yardımları 2013-cü ildə 18 faiz azaltmağı planlaşdırırıq”.