Klinton Türkiyə nazirinə zəng etdi

klinton-turkiye-nazirine-zeng-etdi
Oxunma sayı: 731

“Qafqazinfo”nun məlumatına görə, iki ölkənin xarici siyasət şöbələrinin başçıları Liviya üzrə əlaqə qrupunun növbəti iclasının detallarını müzakirə ediblər. İclasın iyulun 15-də İstanbulda keçirilməsi planlaşdırılır.

Davudoğlu Liviya üzrə əlaqə qrupunun iclasında iştirak etmək üçün Klintonu Türkiyəyə dəvət edib. O həmçinin Benqazidə birgünlük səfəri və müxalifət nümayəndələri ilə keçirdiyi görüşlər barədə ABŞ dövlət katibinə məlumat verib.

Nərgiz Ehlamqızı