ABŞ dövlət katibi Hilari Klinton Şimali Afrikaya səfəri çərçivəsində Əlcəzairə gəlib. Dövlət katibi Əlcəzair prezidenti Abdüləziz Buteflika və xarici işlər naziri Murad Medelsi ilə görüşüb. O, ABŞ-ın Yaxın və Şimali Afrika ölkələrində baş verən demokratik dəyişikliyi dəstəklədiyini bildirib və həmin ölkələri “Ərəb Baharı” zamanı səsləndirilən islahatlara dair vədləri yerinə yetirməyə çağırıb.
Hilari Klinton ABŞ səfirliyində Əlcəzairin vətəndaş cəmiyyətinin liderləri və təmsilçiləri ilə də görüşüb. ABŞ rəsmidi görüş zamanı bildirib ki, Şərq xalqları qərarlarını özləri verməlidir və onlar bu imkanı əldə etməyə layiqdir. Dövlət katibi effektli hökumət, dinamik özəl sektor və çevik mülki cəmiyyətin mövcudluğunun vacibliyini də diqqətə çatdırıb.