Klub prezidenti olan azərbaycanlı qadının adı - Qalmaqalda

klub-prezidenti-olan-azerbaycanli-qadinin-adi-qalmaqalda
Oxunma sayı: 650

Lent.az-ın “EFE” agentliyinə istinadən verdiyi məlumata görə, Xanbabayeva ölkə çempionatının IV liqasında çıxış edən komandaya qarşı düşməncəsinə münasibətdən narazı qalıb.

Şəhər meriyasına üz tutan həmyerlimiz bildirib ki, “Baku Hellin”in futbolçularının “Santa Ana” stadionunda məşqinə icazə verilməyib. Onlara İsse kəndindəki Xosiko idman kompleksində məşq etmələri tövsiyə olunub. Bundan qəzəblənən Xanbabayeva mer Manuel Mingesə iradlarını sərt formada çatdırıb. O, düşmən münasibətin davam edəcəyi təqdirdə klubu tərk edəcəyini açıqlayıb.

Minges mətbuata açıqlamasında klub prezidentinin kobud ifadələr işlətdiyini bildirib. Onun sözlərinə görə, qayda-qanunu bərpa etmək üçün işə yerli polis müdaxilə edib. Hellin şəhərinin idman departamentinin rəhbəri Antonio Moreno isə Xanbabayevanı savadsızlıqda ittiham edib. O deyib ki, hazırda “Santa Ana” stadionunun ot örtüyündə təmir işləri gedir. Məqsəd qış aylarında meydanı yaxşı vəziyyətə gətirməkdir.

Qeyd edək ki, “Baku Hellin” komandası İspaniyanın IV liqası sayılan “Tercera” divizionunda 18-ci qrupda 15-ci yeri tutur. Klub Albasete şəhərindəki Hellin əyalətində məskunlaşıb. “Santa Ana” stadionu 3000 tamaşaçı tutumuna malikdir. 2008-2009-cu il mövsümündə Türkiyənin “Fənərbağça” klubunda çıxış etmiş Xosiko məhz “Hellin Baku”nun yetirməsidir.