Koalisiya müqavimət hərəkatından ayrıldı

koalisiya-muqavimet-herekatindan-ayrildi-
Oxunma sayı: 645

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda Azərbaycanda və Dünyada baş verən ictimai siyasi proseslər müzakirə olunub. Toplantının əsas mövzusu təşkilatın Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında bundan sonrakı fəaliyyəti olub. Mövzunun geniş müzakirəsinin sonunda bəyanat qəbul olunub:

“Biz “Hədəf” Gənclər Koalisiyası olaraq Azərbaycanda gənclərin fəallığını artırmaq məqsədi ilə, “Demokratik cəmiyyət uğrunda müqavimət hərəkatı”na qoşulduq. Təxminən bir aydan artıq müddətdə hərəkata üzvlük dövrümüzdə, proseslərin gedişatı bizi qane etmədi. Yeni yaranmış hərəkatın siyasi sifarişlə hərəkət etdiyini və ümumi müxalifət düşərgəsinə, xüsusən də “İctimai palata”nın fəaliyyətinə ziyan vurduğu üçün bu hərəkatdan ayrıldığımızı bəyan edirik”.