Komandasının vurduğu qola əsəbiləşən qapıçı “özünü yandırdı” – Video

komandasinin-vurdugu-qola-esebilesen-qapici-ozunu-yandirdi-video
Oxunma sayı: 643

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüntüdə ötən il, dekabrın 3-də baş tutan “Napoli” – “Leççe” (4-2) oyunundan bir epizod yer alıb. Oyunda 3-1 hesabı ilə irəlidə olan neapollular daha bir qol vuraraq hesabı 4-1-ə çatdırır. Qol vurulduqda de Sanktisin buna əsəbi reaksiya verməsi hər kəsi təəccübləndirib. Təcrübəli qapıçı dərhal qapı arxasında olan komanda yoldaşı Lukarellidən matçın sonuna nə qədər vaxt qaldığını soruşub. Bütün bunlar de Sanktisin danışılmış oyunlarda iştirak etməsi haqqında şübhə yaradıb. Qapıçı özü də bu barədə suallara dolğun cavab verə bilməyib: “Bu, sadəcə, bir jest idi. Hərəkətimdə başqa məna axtarmağa dəyməz”.


Ceyhun Əhmədov

Cavanecce.flv