Komissiyanın tərkibi təsdiq olundu

komissiyanin-terkibi-tesdiq-olundu-
Oxunma sayı: 664

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, dəyişikliyə əsasən Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının yeni tərkibi elan olunub:

Komissiyanın sədri
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini
Ramiz Zeynalov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət YolPolisi İdarəsinin rəisi

Komissiyanın üzvləri:

Rəfail Mirzəyev - fövqəladə hallar nazirinin birinci müavini
Musa Pənahov - nəqliyyat nazirinin müavini
Elsevər Ağayev - səhiyyə nazirinin müavini
Qulu Novruzov - təhsil nazirinin müavini
Arif Əsgərov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Cavid Qurbanov - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri
Elşən Hacızadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri
Çingiz Baxişev - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi
Fuad Dadaşov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi
Novruzəli Orucov - Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri
Səttar Mehbalıyev -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Əsgər Tağızadə - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Yol hərəkəti təhlükəsizliyi kafedrasının müdiri
Xalid Ələkbərov -Bakı Şəhər İcra Hakimiyyəti şəhər təsərrüfatı şöbəsinin müdiri
İsa Deystani - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katib.

Nigar Məmmədli